Rusiyalı milyarder Rusiyadan imtina etdi

Rusiyalı milyarder Rusiyadan imtina etdi

Rusiyalı milyarder Yuri Milner Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.

AzerTimes xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

“2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra ailəmlə birlikdə Rusiyanı birdəfəlik tərk etdik. Və bu yay biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq”, – o bildirib.

Xatırladaq ki, Milner rusiyalı milyarderlər siyahısında 15-ci yerdədir. Onun əmlakı 7,3 ​​milyard dollar qiymətləndirilir.

Teqlər: