Rusiyalı gimnast ikili mini-batut üzrə proqramda birinci yeri tutub

Xəbər - Cani Babayeva – Trend:

Rusiyalı idmançı Vasili Makarski Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə proqramda birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, gimnastın nəticəsi 77.400 xal təşkil edib.

Dioqo Kabral (Portuqaliya, 75,100 xal) ikinci, Ruben Padilla (ABŞ, 74,900 xal) üçüncü yeri tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi, sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: