Rusiyalı döyüşçü Nəriman Abbasovu duelə çağırdı

Rusiyalı döyüşçü Nəriman Abbasovu duelə çağırdı

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov özünün Feysbuk səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib:

“Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb”.

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Teqlər: