Rusiyalı deputata sui-qəsd edildi

Rusiyalı deputata sui-qəsd edildi

Zaporojye vilayətində Akimov rayon şurasının deputatı Anton Yakimenkonun həyatına sui-qəsd olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov deyib.

“Zaporojye vilayətində növbəti terror aktı. Məlumat daxil olub ki, bu gün terrorçular Akimov rayon şurasının deputatına qəsd ediblər”, – o bildirib.

Roqov daha sonra bildirib ki, sui-qəsd “Vahid Rusiya” partiyasının üzvü Anton Yakimenkoya edilib:

“Yakimenko partiyanın yerli seçkilər üçün seçici siyahısında ilk üçlükdə olub”.

Teqlər: