İsrail İrana ağrılı mesaj vermək niyyətindədir

İsrail İrana ağrılı mesaj vermək niyyətindədir

İsrail İranın son kütləvi hücumuna cavab olaraq səthi qisasla kifayətlənmək istəmir.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.

“Məqsəd İrana ağrılı siqnal göndərməkdir. İsrailin cavabı Tehranın hücumunun miqyasına yaxınlaşmalıdır”, – İsrail rəsmisi bildirib.

Nəşrin məlumatına əsasən, İsrailin hərbi kabineti aprelin 16-da ardıcıl üçüncü iclası keçirəcək və orada İranın hərəkətlərinə mümkün hərbi cavab müzakirə olunacaq.

Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə İsrailə PUA və raketlərlə hücum edib.

Teqlər: