Rusiyadan sərhədimizdə nəqliyyatın hərəkəti ilə bağlı qərar

Rusiyadan sərhədimizdə nəqliyyatın hərəkəti ilə bağlı qərar

Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsində Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu ilə əlaqədar olaraq hərəkət sxemi dəyişdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib.

Yük avtomobillərinin Rusiya ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tagirkent-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Tağırkənt-Kazmalyarda yük avtomobillərinin qeydiyyatı giriş üçün iki, çıxış üçün iki hərəkət zolağında aparılır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Yaraq-Kazmalyar Şimal-Cənub nəqliyyat dəhlizinin sərhədindən əsas avtomobil keçidlərindən biridir. Sərhəd keçid məntəqəsi Azərbaycan, İran, Hindistana tranzit, malların ixracı və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir.

Teqlər: