Rusiyadan pulsuz yanacaq üçün xahiş etməmişik – Ermənistan

Rusiyadan pulsuz yanacaq üçün xahiş etməmişik – Ermənistan

Ermənistan heç vaxt Rusiyadan pulsuz yanacaq tədarükü üçün xahiş etməyib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, 2013-cü ildə Rusiya və Ermənistan hökumətləri arasında təbii qaz, neft məhsulları və almazın tədarükü ilə bağlı əməkdaşlıq haqqında saziş imzalanıb. 2023-cü ilin oktyabrında isə benzin və dizel yanacağı üçün ayrılan kvota başa çatıb və Ermənistan tərəfi kvotanın artırılması ilə bağlı müraciət edib. Ancaq müraciət qismən təmin olunub.

Teqlər: