Rusiyadan İrəvana uçan təyyarə geri qayıtdı

Rusiyadan İrəvana uçan təyyarə geri qayıtdı

Yekaterinburqdan İrəvana uçan “Superjet” sərnişin təyyarəsi sensorların işləməməsi səbəbindən geri qayıdıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, geri qayıdan təyyarə normal eniş edə bilib.

Təyyarədə 80 sərnişin, 6 ekipaj üzvü olub. Hazırda reys 6 saat gecikir və 03:00-da həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyada son vaxtlar təyyarələrdə tez-tez nasazlıq və qəzalar baş verir.

Teqlər: