Almaniya Norveç və Niderlanddan mayeləşdirilmiş təbii qaz almağa, həmçinin Rusiya qazından imtina etdiyi üçün kömürə qayıtmağa məcburdur.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, bu, Berlini yeni təchizatçılardan çox asılı vəziyyətə salıb və problemi müvəqqəti həll edib:
“Berlin yalnız isti havalar sayəsində yaxın aylarda qaz qıtlığı ilə üzləşməyəcək. Lakin Almaniya mayeləşdirilmiş təbii qaz təchizatı ilə bağlı yeni problemləri həll etməli olacaq. Çünki onun Norveç və Niderlanddakı ehtiyatları çox məhduddur və Qətərlə imzalanmış müqavilə keçmişdə Rusiyadan alınan həcmin yalnız altı faizini əhatə edəcək. Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqi və Rusiya yanacağından imtina siyasəti səbəbindən enerji qiymətlərinin və inflyasiyanın artması ilə üzləşib.
Yanacağın, ilk növbədə qazın qiymətinin qalxması fonunda ölkə Avropada sənaye rəqabəti üstünlüklərini xeyli dərəcədə itirib ki, bu da iqtisadiyyatın digər sektorlarına da təsir edib”.