Cim Cons: Ukrayna üçün son şans…

Cim Cons: Ukrayna üçün son şans…

Vaşinqton və müttəfiqlərinin Kiyevə ağır silahlar verməkdən imtina etməsi Ukraynanın məğlubiyyətinə səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bunu Vyetnam döyüşlərinin veteranı Cim Cons “Hill”də dərc olunan məqaləsində bildirib.

Məqalədə qeyd edilir ki, Qərb hərbi texnikanın tədarükünə heç bir məhdudiyyət qoymadan ilk gündən Kiyevi dəstəkləmək üçün hər cür səy göstərməli idi. Çünki Ukraynanın öz şəhərlərini müdafiə etmək üçün ən müasir silahlara ehtiyacı var.

Hərbçinin fikrincə, Ukrayna üçün son şans Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verməkdən imtina etdiyi Amerikanın “Abrams” və “Leopard 2” tankları da daxil olmaqla, daha ağır hücum silahlarının tədarükü ola bilər.

O qeyd edib ki, Ukraynanın suveren dövlət kimi mövcudluğu sual altında ola bilər və Zelenskinin məğlubiyyəti Rusiya ilə qarşıdurmada Qərbin məğlubiyyətinə bərabərdir, çünki Kiyevə dəstək NATO resurslarını tükəndirir.

Teqlər: