Rusiyadan iddia: Beş “Patriot”u məhv etdik

Rusiyadan iddia: Beş “Patriot”u məhv etdik

Mayın 16-da Ukraynanın paytaxtı Kiyevə “Xəncər” hipersəs kompleksi ilə hücum zamanı 5 “Patriot” raket buraxılış kompleksi məhv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Hücum zamanı həmçinin, çoxfunksiyalı radiolokasiya stansiyasının da hədəf alındığı bildirilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri buraxılan raketlərin hamısının məhv edildiyini açıqlamışdı.

Teqlər: