Rusiyadan ən çox asılı olan ölkələrin adları…

Rusiyadan ən çox asılı olan ölkələrin adları…

Rusiyadan siyasət, müdafiə və iqtisadiyyat baxımından ən çox asılı olan ölkələrin adları açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ekonomist” jurnalında dərc olunan məqalədə bildirilib.

Məlumata görə, Rusiyadan ən çox asılı olan ölkə Belarus, ikinci isə Ermənistandır.

Məqalədə qeyd olunub ki, bu ölkələrin Rusiyadan aşkar asılılığına baxmayaraq, Qərb hələ də onlarla münasibətləri gücləndirməyə ümid bəsləyir.

Rusiyadan asılı olan digər ölkələr isə Qırğızıstan, İran, Tacikistan, Qazaxıstan, Suriya, Çin, Venesuela, Nikaraqua, Hindistan və Özbəkistandır.

Teqlər: