Rusiyadan Çinə qaz və neft nəqli barədə uzunmüddətli sazişlər imzalanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın “Qazprom” şirkətinin Çinin Milli Neft Korporasiyası (CNPC) arasında illik əlavə 10 milyard kubmetr qaz tədarükü ilə bağlı uzunmüddətli saziş imzalayıb.

Trend-in məlumatına görə, bu barədə “Qazprom”un açıqlamasında deyilir.

Qeyd olunur ki, bu layihə tam buraxılış gücünə çatandan sonra Rusiyanın Uzaq Şərq bölgəsindən Çinə illik qaz nəqli 48 milyard kubmetrə çatacaq.

Eyni zamanda “Rosneft” şirkəti CNPC ilə növbəti 10 il ərzində Qazaxıstandan keçməklə Çinə 100 milyon ton neftin nəqli barədə saziş imzalayıb.