Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ildə Azərbaycanla Rusiya arasında məhsuldar biznes missiya mübadiləsi gözlənilir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Rusiya regionları hazırda biznes missiyaların reallaşdırılması üzrə planlar tərtib edir. Deyə bilərəm ki, Azərbaycana bu cür missiyalarla gəlməkdə maraqlı olan nümayəndələr var. Artıq fevralda biz Udmurtiyadan nümayəndə heyəti gözləyirik”, – deyə səfir bildirib.


O əlavə edib ki, regiona əvvəlki kimi Həştərxan vilayəti və Dağıstan maraq göstərir.

(Tərcümə: Orxan Nəbiyev)