Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəzərə alsaq, Avrasiya İqtisadi İttifaqından (Aİİ) nəzəri çıxış riskli olardı.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, həm ixrac, həm idxal, eləcə də energetika və digər sahələrdə Ermənistanın Rusiyadan asılılığı kifayət qədər yüksəkdir:
“İstənilən halda, suverenliyini artırmaq üçün hər hansı bir nöqtədən asılılığı şaxələndirmək lazımdır. İndi bu asılılığı nəzərə alsaq, Avrasiya İttifaqından çıxmaq riskli olardı”, – nazir bildirib.