Rusiyadan alınan metro qatarlarının ölkəyə gətirilməsində yubanma yoxdur – Sədr müavini

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan aldığı
yeni qatarların gətirilməsi ilə bağlı danışıqları davam
etdirir.

Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İdarə
Heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, müqaviləyə uyğun olaraq aparılan danışıqlarda
hələlik heç bir ləngimə yoxdur.
“Danışıqlar davam etdirilir. Prosesdə hələ ki, gecikmə yoxdur.
Müqavilənin icrasında heç bir problem yoxdur. Yaxın vaxtlarda
danışıqların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat
veriləcək”, – H.Məmmədov deyib.

Sədr müavini bildirib ki, hazırda metropolitenin sərnişin
daşımasında da bir problem yoxdur: “Qatar parkında sərnişinlərin
təhlükəsiz daşınması üçün lazımi şərait var və daşıma yüksək
səviyyədə həyata keçirilir”.

Teqlər: