Rusiyadan alınan metro qatarlarından biri artıq Bakıdadır (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.


Qeyd edək ki, Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin “Bakı Metropoliteni” üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.

Teqlər: