Rusiyadakı üçtərəfli görüşlə bağlı Akardan açıqlama

Rusiyadakı üçtərəfli görüşlə bağlı Akardan açıqlama

Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir və yeganə məqsədi terrorla mübarizədir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada rusiyalı və suriyalı həmkarları ilə görüşdən sonra deyib.

“Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa hədəflərimizin olmadığını vurğuladıq”, – Akar bildirib.

O qeyd edib ki, Türkiyə Suriya üçün də təhlükə yaradan PKK və İŞİD terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışır. Ankara bu iş çərçivəsində ölkəsinin və xalqının təhlükəsizliyini təmin etmək, eləcə də Suriyadan Türkiyəyə gələcək miqrasiyanın qarşısını almaq üçün hər cür səy göstərir.

Teqlər: