Rusiyada ZTR mikroavtobusla toqquşub – Ölü və yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Stavropol diyarında hərbi konvoyda hərəkət edən zirehli transportyor (ZTR) “Qazel” markalı mikroavtobusla toqquşub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Bundan başqa, daha dörd nəfər, o cümlədən üç uşaq xəsarət alıb. Qəza zamanı mikroavtobusda 9 nəfər olub.

Qəza ilə bağlı araşdırma aparılır.