Rusiyada yük təyyarəsi qəzaya uğrayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın İrkutsk şəhəri yaxınlığında An-12 yük təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, əvvəlcə bu təyyarənin radarlardan itdiyi barədə xəbər verilmişdi.

Hadisə nəticəsində 2 nəfər həlak olub. Təyyarədə səkkiz nəfərin olduğu bildirilib.


Hazıda həmin şəxslərin axtarışları aparılır. Təyyarənin qəzaya uğradığı yerdə yanğının olduğu məlumat verilib.