Rusiyada yeni fövqəladə hallar naziri təyin olunub

Rusiyada Aleksandr Kurenkov yeni fövqəladə hallar naziri təyin
olunub.

Trend-in
məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq
sərəncam imzalayıb.

General-mayor A.Kurenkov bu vəzifədə ötən il həlak olmuş Yevgeni
Ziniçevi əvəz edəcək.

Xatırladaq ki, Y.Ziniçev ötən ilin sentyabrında Norilsk
şəhərində təlimlər zamanı sənədli çəkiliş qrupu üzvünün həyatını
xilas etməyə çalışarkən həlak olmuşdu.

Bu günədək Rusiya fövqəladə hallar naziri vəzifəsini Aleksandr
Çupriyan icra edirdi.