Rusiyada yaşayış evində yanğın olub, 3 nəfər ölüb

Rusiyanın Stavropol şəhərində 10 mərtəbəli yaşayış evində yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “İnterfaks”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, onların kimliyi müəyyən edilir.


Bildirilir ki, yanğın zamanı yaşayış evindən 20 nəfər təxliyə edilib.

Hazırda yanğın söndürülüb. Yanğının səbəbi barədə məlumat verilmir.