Rusiyada yaşayış evində yanğın baş verib, ölənlər var

Rusiyanın Zabaykalye diyarında yaşayış binasında güclü yanğın
baş verib, 3 nəfər ölüb, daha 12 nəfər yanğınsöndürənlər gələnə
qədər təxliyə edilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə reginal
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yanğınsödürənlərin hadisıə yerinə gəldiyi zaman
evin davan və daxilini alov bürüyübmüş, nəticədə evin tavanı uçub.
Yanğın 480 kv.m. ərazini əhatə edib.

Ocağın söndürülməsinə 6 texnika və 21 nəfər əməkdaş cəlb
edilib.

Teqlər: