Rusiyada yanğın zamanı 2 uşaq və ana həlak olub

Rusiyanın Çukotka Muxtar Dairəsinin Nunliqran kəndində yaşayış binasında baş verən yanğında ikisi uşaq olmaqla üç nəfər ölüb.

Trend xəbər verir ki, prokurorluq orqanının məlumatına görə, yanğn şənbə günü axşam saatlarında baş verib. Hadisə yerində iki uşağın və onların analarının cəsədləri tapılıb.

Hadisənin səbəbləri araşdırılır.

Teqlər: