Rusiyada vətəndaşlara nağd pul satışı müvəqqəti olaraq qadağan edilib

Rusiya Bankı (Mərkəzi Bank) nağd əməliyyatlar üçün müvəqqəti
prosedur tətbiq edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın açıqlamasında
deyilir.

“2022-ci il martın 9-dan sentyabrın 9-dək Rusiya Bankı
vətəndaşların xarici valyutada depozitlərindən və ya hesablarından
vəsaitlərin verilməsi üzrə aşağıdakı proseduru müəyyən edir. Xarici
valyuta hesablarında və ya depozitlərində olan bütün müştəri
vəsaitləri əmanət valyutasında saxlanılır və uçota alınır, müştəri
10 min ABŞ dollarına qədər nağd, qalan vəsaiti isə çıxarılış
günündəki bazar məzənnəsi ilə rublla çıxara bilər”, – deyə Mərkəzi
Bankdan bildirilib.


Bildirilib ki, vətəndaşlar yeni valyuta hesabları və əmanətlər
aça biləcəklər, lakin müvəqqəti olaraq onlardan rublla bazar
məzənnəsi ilə vəsait çıxarmaq mümkün olacaq.

Qeyd edilib ki, banklar müvəqqəti olaraq vətəndaşlara nağd
valyuta satmayacaq, istənilən vaxt valyutanı rubla dəyişmək mümkün
olacaq.