Rusiyada universitetdə atışma olub, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB) (VİDEO)

Təfərrüatlar əlavə olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Trend-in məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

Teqlər: