Rusiyada ticarət mərkəzində yanğın olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Tomsk şəhərində “Lenta” ticarət mərkəzində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar binadan 650 nəfər təxliyə olunub. Xəsarət alanların olmadığı deyilir.

20 kvadratmetr ərazini əhatə etmiş yanğının qarşısı alınıb.


Xatırladaq ki, dekabrın 21-də Tomskda “Lenta” şəbəkəsinin digər mağazasında da güclü yanğın olmuşdu.

Yanğın 5 min kvadratmetrlik sahəni əhatə etmiş, ticarət mərkəzinin 3 500 kvadratmetrlik sahəsinin damı çökmüşdü. Binadan 200 nəfər təxliyə olunmuşdu.