Rusiyada ticarət mərkəzində yanğın baş verdi

Rusiyada ticarət mərkəzində yanğın baş verdi

Rusiyanın paytaxtı Moskva vilayətinin Balaşixa şəhərində “Stroypark” ticarət mərkəzində yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 500 kvadratmetr ərazini əhatə edib. Bir mühafizəçi yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb edilib.

Teqlər: