Rusiyada ticarət mərkəzində silahlılar saxlanıldı – Video

Rusiyada ticarət mərkəzində silahlılar saxlanıldı – Video

Rusiyanın Vladivostok şəhərində, “Sedanka City” ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

“Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır – red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb”, – deyə məlumatda vurğulanıb.

Teqlər: