Rusiyada ticarət mərkəzində güclü yanğın (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Tomsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.

Trend-in məlumatına görə, yanğın 5 min kvadrat metrlik sahəni əhatə edib.

Ticarət mərkəzinin 3 500 kvadrat metrlik sahəsinin damı uçub. Binada olan bütün işçilər və müştərilər təxliyə olunub.


Ümumilikdə 200 nəfərin çıxarıldığı deyilir. Yanğının qarşısının alınması üçün 30-dan çox texnika cəlb edilib.