Yerli təyyarə zavodunun uçuş-eniş zolağı yaxınlığında partlayış baş verməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil, şəhərdə heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Voronej meriyası məlumat yayıb.
“Voronej şəhərində fövqəladə hal qeydə alınmayıb”, – meriyanın sözçüsü açıqlamasında bildirib.
Qeyd edək ki, bir sıra Teleqram kanallarında Voronej təyyarə zavodunda uçuş-enmə zolağının yaxınlığında baş vermiş partlayışla bağlı məlumatlar yayılmışdı.