Kanada səfirinin müşaviri Rusiya XİN-ə çağırıldı

Kanada səfirinin müşaviri Rusiya XİN-ə çağırıldı

Kanadanın BMT-dəki daimi nümayəndəsinin hərbi müxbir Vladlen Tatarskinin ölümü ilə bağlı verdiyi açıqlamalarla əlaqədar Kanada səfirinin müşaviri Brayan Ebel Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Ebelə XİN-də Rusiya hökumətinin kəskin etirazı bildirilib.

“Vurğulanır ki, yüksək rütbəli kanadalı diplomatın çoxsaylı qurbanlarla müşayiət olunan vəhşicəsinə qətl hadisəsi ilə bağlı tutduğu mövqe Rusiyaya və onun vətəndaşlarına qarşı, o cümlədən terror xarakterli cinayətlər törədilməsi Kanadada qızışmış rusofobiyanın növbəti təzahürünə çevrilib”, – XİN-in məlumatında deyilib.

Qeyd edək ki, Kanadanın BMT-dəki daimi nümayəndəsi Robert Reyin faktiki olaraq müharibə müxbiri Vladlen Tatarskinin ölümünü dəstəkləyən bəyanatlar verib.

Teqlər: