Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.

Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.

Qəzanın səbəbi bildirilmir.