Rusiyada təyyarə donmuş çaya eniş endi – Video

Rusiyada təyyarə donmuş çaya eniş endi – Video

Yakutiyada An-24 sərnişin təyyarəsi donmuş çayın üzərinə eniş edib. Təyyarədə 30 sərnişin, həmçinin dörd ekipaj üzvü olub.

AzerTimes xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

“Yakutsk-Zıryanka-Srednekolımsk-Yakutsk marşrutu ilə uçan təyyarə Zıryanka kəndinə eniş zamanı uçuş-enmə zolağından çıxaraq donmuş Kolıma çayına eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – qeyd olunur.

İlkin məlumatlara görə, təyyarə pilotun səhvi ucbatından uçuş-enmə zolağından çıxmış ola bilər.

Teqlər: