Rusiyada supermarket partladı (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Vladiqafqaz şəhərində supermarketdə partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində marketin binası tamamilə dağılıb.

Qeyd olunur ki, partlayış oksigen balonları saxlanan otaqda baş verib. Partlayışa ilkin ehtimallara əsasən, qaz sızması səbəb olub.

Xilasedicilər dağıntılar altından bir nəfəri çıxarıb. Onun xəsarət almadığı deyilir.