Rusiyada son sutkada koronavirusdan 800-ə yaxın insan ölüb

Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı son sutkada 21 min artaraq 6 milyon 726 min 523-ə çatıb.

AzerTimes-ın məlumatına görə, gün ərzində virusdan 797 nəfər ölüb. Beləliklə də COVID 19-dan ölənlərin ümumi sayı 175 min 282-ə çatıb.


Rusiyada koronavirusa yoluxanların 2,61%-i vəfat edib.