Rusiyada son sutkada koronavirusa 180 mindən çox yoluxma olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 180 456 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, ölkədə gündəlik yoluxma sayında azalma müşahidə
olunur.

Əvvəlki gün 197 949 nəfərin yoluxması qeydə alınmışdı. Bu
günədək ölkədə koronavirusa yoluxanların sayı 14,31 milyonu
ötüb.


Eyni zamanda, son sutkada 683 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 706 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 340 931 nəfərə
çatıb.