Rusiyada son 3 gündə koronavirusdan 2 400-dən çox şəxs ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son 3 gün ərzində koronavirusdan ölənlərin sayı 2 400 nəfəri keçib.

Trend-in məlumatına görə, pandemiya dövründə infeksiyadan gündəlik ölənlərin sayında ən yüksək göstərici növbəti dəfə yenilənib.

Ölkədə ötən sutka ərzində koronavirusdan 819 nəfər ölüb.

Son sutkada yoluxanların sayı isə 22 144 nəfər təşkil edib.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 6,57 milyon nəfəri ötüb, 169 683 nəfər həyatını itirib.