Rusiyada silahlarla bağlı problemlər yaranacaq – Britaniya

Rusiyada silahlarla bağlı problemlər yaranacaq – Britaniya

Rusiyanın hərbi xərclərini maliyyələşdirməsinə baxmayaraq, ölkə Qərbin sanksiyalarının təsiri və bəzi sahələrdə təcrübənin olmaması səbəbindən texnika sayında problemlər yaşayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Dövlət maliyyələşdirməsi ölkənin müdafiə sənayesini Ukraynaya qarşı müharibədən irəli gələn ehtiyacları ödəmək üçün yavaş-yavaş səfərbər etməyə imkan verəcək. Lakin bu ehtiyacların bir çoxunu ödəməkdə qismən sanksiyaların təsiri və təcrübənin olmaması səbəbindən problemlər yarana bilər. Məsələn, yüksək keyfiyyətli optika və qabaqcıl elektronikanın istehsalında çətinliklər ola bilər. Bu, Ukraynada itirilmiş avadanlığın dəyişdirilməsi səylərinə xələl gətirə bilər”, – məlumatda qeyd olunub.

Teqlər: