Rusiyada silah zavodunda partlayış olub – Xəsarət alanlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində silah-sursat zavodunda partlayışlar baş verib.

Trend-in məlumatına görə, zavod ərazisində partlayışdan sonra yanğın başlayıb. İlkin ehtimallara əsasən, iki işçi xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.


Qeyd edək ki, Sverdlov adına silah-sursat zavodunda Rusiyanın müdafiə sənayesi məhsulları, partlayıcı maddələr və sənaye kimya məhsullarının üçdə bir hissəsi istehsal olunur.