Rusiyada şəxsi avtomobillərin texniki baxışa cəlb etmə tələbi ləğv olunub

Rusiya prezidenti Vladimir Putin ölkədə şəxsi avtomobillərin və motosikletlərin texniki baxışını ləğvini nəzərdə tutan qanunu imzalayıb.

Trend xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanuna əsasən, vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək.

Eyni zamanda, bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq. Bundan əlavə, istehsal müddəti 4 ildən yuxarı avtomobil və motosikletlər satıldıqda və dövlət qeydiyyatına alındıqda, o cümlədən nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçirilməsi qaydası qüvvədə qalıb.