Rusiyada sexdə çökmə baş verib, dörd nəfər yaralanıb

Rusiyanın Norilsk Zənginləşdirmə Zavodunun ərazisində yerləşən sexdə çökmə baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, sexin şüşəbəndin çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.

Dağıntılar altında qalanlar ola bilər. Axtarış işləri davam edir