Rusiyada sərxoş şəxs ayılmaq üçün özünü çaya atdı

Rusiyada sərxoş şəxs ayılmaq üçün özünü çaya atdı

Rusiyanın Novosibirsk şəhərində 27 yaşlı kişi özünü körpüdən Ob çayına atıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə avqustun 7-də baş verib. Yoldan keçən sakinlər bir nəfərin özünü körpüdən çaya atdığını görüblər və dərhal xilasetmə xidmətinə məlumat veriblər.

Xilasedicilər hadisə yerinə çatana qədər həmin şəxs artıq çaydan çıxıb və onlara bildirib ki, həddən artıq spirtli içki qəbul etdiyi üçün ayılmaq istəyib və buna görə körpüdən çaya tullanıb.

Teqlər: