165-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

165-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 165-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 263 təyyarəsi, 145 helikopteri, 1701 PUA-sı, 362 zenit-raket kompleksi, 4262 tank və digər zirehli texnikası, 789 reaktiv yaylım atəş sistemi, 3273 artilleriya və minaatanı, 4756 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: