Rusiyada sərnişin avtobusunda partlayış olub, çox sayda xəsarət alan var

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda partlayış baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 18 nəfər xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları onları xəstəxanaya çatdırıblar.


Məlumata əsasən, avtobusda qaz avadanlığı partlayıb. Müvafiq xidmətlər nəqliyyat vasitəsinə baxış keçirirlər, partlayışın bir neçə versiyası nəzərdən keçirilir.