Rusiyada qulaqcıq tapılmır, rəflər boşalır

Rusiyada qulaqcıq tapılmır, rəflər boşalır

Bir sıra premium qulaqcıq istehsalçıları öz məhsullarını Rusiyaya tədarük etməkdən imtina etdikləri üçün ölkədə bu malların qıtlığı yarana bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

“JBL, “Bose”, “Harman Kardon”, “Marşall”, “Senheiser”, “Samsunq”, “Soni” kimi bir sıra premium qulaqcıq istehsalçıları Rusiyadakı nümayəndəliklərini bağlayıb. Biz müntəzəm olaraq müştərilərdən qulaqcıqların tədarükü ilə bağlı müraciətlər alırıq. Yeni təchizatla bağlı problemlər var, mağazalardakı rəflər tədricən boşalır”, – “diHouse” mağazalar şəbəkəsinin rəhbəri Olqa Polonovskaya nəşrə açıqlamasında deyib.

Teqlər: