Rusiyada qırxdan çox balıqçının olduğu buzlaq sahildən qopub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Xabarovsk diyarında üzərində balıqçıların olduğu iri
buzlaq sahəsi sahildən qopub.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
regional idarəsi bildirib.

Qeyd olunur ki, buzlağın üzərində 46 balıqçı və 24 avtomobil
var. Hadisə yerinə xilasedici dəstə göndərilib.


Məlumatlara əsasən, axın buzlağı avtomobil yolunun olmadığı
digər sahilə aparıb. Hadisə yerində təxliyə işləri aparılır.