Rusiyada qəzaya uğrayan helikopterin ekipajı sağ tapıldı

Rusiyada qəzaya uğrayan helikopterin ekipajı sağ tapıldı

Rusiyanın Stavropol diyarında qəzayan uğrayan Mİ-2 helikopterinin pilot və texniki tapılıb. Onlar sağdırlar.

AzerTimes xəbər verir ki, bu barədə Predqornı dairəsinin administrasiyasından məlumat verilib.

“Ekipajın necə sağ qalması, necə gəlib çıxmasını hüquq-mühafizə orqanları araşdırırlar”, – məlumatda qeyd olunub.

Məlumata görə, helikopter kənd təsərrüfatı təyinatlı olub.

Qeyd edək ki, avqustun 22-də Rusiyanın Stavropol diyarında Mİ-2 helikopteri qəzaya uğramışdı.

Teqlər: