Rusiyada qanunsuz aksiyalarda 3,5 min nəfər saxlanılıb

Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhər və bölgələrində
icazəsiz aksiyalarda 5200-ə yaxın şəxs iştirak edib, nəticədə
3500-dən çox insan saxlanılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN
məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin bölmələri digər hüquq-mühafizə
strukturları ilə birlikdə Rusiya Federasiyasının bir sıra
subyektlərində icazəsiz kütləvi tədbirlərin keçirildiyi yerlərdə
asayişi təmin edib. Moskva şəhərində razılaşdırılmamış aksiyada
2500-ə yaxın adam iştirak edib, onlardan 1700-ü saxlanılıb,
Sankt-Peterburqda isə iştirakçıların sayı təxminən 1500 nəfər olub,
onlardan 750-si saxlanılıb.

“Digər bölgələrdə icazəsiz tədbirlərdə ümumilikdə 1200 nəfər
iştirak edib, 1061 nəfər saxlanılıb”, – nazirlikdən bildirilib.

Saxlanılan şəxslər araşdırma aparılması məqsədi ilə ərazi polis
şöbələrinə aparılıb, onların məsuliyyətə cəlb olunması məsələsinə
baxılır.

Teqlər: