Rusiyada Putinin etimad reytinqi açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend

Rusiya əhalisinin 65,2 faizi ölkə prezidenti Vladimir Putinə etimad göstərir.

AzerTimes-ın məlumatına görə, bu, rəy sorğusunun nəticələri əsasında məlum olub.

Rəyi soruşulanların 30,3 faiz prezidentə etimad göstərmədiyini deyib.

Bundan başqa, respondentlər Rusiyada müxtəlif siyasətçilərin fəaliyyətindən razı qalıb-qalmamaları barədə sualı cavablandırıb.


Sorğu zamanı respondentlərin 61,2 faizi V.Putinin fəaliyyətindən razı qaldığını bildirib.